Yunanıstan Super Liqasında ilk turun son oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Panatinaikos" "Panatelikos"un qonağı olub.
Görüş Afina təmsilçisinin qələbəsi ilə yekunlaşıb. "Yaşıllar" ilk yarıda Leandro Kappelin penalti qolu ilə hesabda geri düşüblər. Lakin fasilədən sonra Nikolaos Karelis 51-ci, Markus Berq isə 84-cü dəqiqədə fərqlənərək, "Panatinaikos"un qələbəsini təmin ediblər.
Qeyd edək ki, "Qəbələ" və "Panatinaikos" arasındakı ilk görüş qolsuz tamamlanıb. Cavab görüşü avqustun 27-də Afinada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.