"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl İsveçrə "Yanq Boyz"unu 3:0 hesabı ilə yendikləri Avropa Liqasının təkrar "pley-off" qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, klub rəsmisi əvvəlcə ardıcıl ikinci mövsüm qrup mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbriklərini səsləndirib:
- İlk növbədə, prezidentimizi, ölkəmizi, xalqımızı, "Qarabağ"lıları, bir sözlə, ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm. 3 il öncə "Yanq Boyz"u keçə bilməyən "Fənərbağça"lıları da təbrik edirəm. Onların da heyfini çıxdıq. Möhtəşəm qələbə oldu, buna çox sevindik. "Qarabağ"ın oyunundan qürur duydum.
- İlk növbədə, prezidentimizi, ölkəmizi, xalqımızı, "Qarabağ"lıları, bir sözlə, ürəyi "Qarabağ"la döyünən hər kəsi təbrik edirəm. 3 il öncə "Yanq Boyz"u keçə bilməyən "Fənərbağça"lıları da təbrik edirəm. Onların da heyfini çıxdıq. Möhtəşəm qələbə oldu, buna çox sevindik. "Qarabağ"ın oyunundan qürur duydum.
- "Qarabağ" qrup mərhələsi üçün Bakı Olimpiya Oyunlarını sifariş edə bilər?
- Bu barədə bir söz deyə bilərəm. Çempionatdakı ev oyunlarımızı isə Suraxanıdakı bazamızda keçirəcəyik. Bu, açılış mərasimindən sonra baş tutacaq.
- Yeni transferlər gözlənilir?
- Bu gün, bu saatda belə bir şey yoxdur. Komandamız yaxşı formadadır. Maşallah, işlərimiz yaxşı gedir. Əfran İsmayılovu meydanda kişi kimi görmək mənə həzz verdi. Onun istedadını xüsusi vurğulayardım. Bunu etiraf edirəm.
- Futbolçuları mükafatlandıracaqsınız?
- Standart mükafatlarımız var. Komandaya yaxşı baxılır. Bu baxımdan problemlərimiz yoxdur. AFFA prezidenti Rövnəq Abdullayev də futbolçuların hər birinə 2000 dollar mükafat söz verdi. Bunun ardı gələcək və futbolçular layiqli mükafatlarını alacaqlar.
- Hazırda "Qəbələ" Yunanıstanda "Panatinaikos"la qarşılaşır...
- "Qəbələ"yə böyük uğurlar arzulayıram. "Qəbələ"ni Yunanıstanda çətin oyun gözləyir. Amma güc alsınlar, xoş xəbərlərlə gəlsinlər. Azərbaycanın iki klubu Avroliqanın qrup mərhələsində təmsil olunsun.
- Tribunalarda bəzi sektorların tam dolmamasına münasibətiniz necədir?
- Bəli, boş idi. Artıq "Qarabağ" möhtəşəm oyun sərgiləyir. Bu klub ayaqda olmalı, sponsorların ödədiklərindən əlavə, gəlirlər əldə etməlidir. Böyük "Qarabağ" görmək istəyiriksə, bunu tərəfdarlar, azarkeş kütləsi etməlidir. Bu oyunun biletlərinin qiymətini müəyyən qədər qaldırmışdıq. Amma baxdıq ki, müəyyən boşluqlar var. Təmənnam, xahişim odur ki, hamımızın "Qarabağ" üçün ürəyi döyünsün, eyni zamanda, fiziki, şəxsən köməklik göstərməliyik. Bu prosesə qoşulmalıyıq, hər kəs böyük klub görmək istəyirsə, cibindən 5 manat, 10 manat çıxarıb verməlidir. Bu oyuna gəlməyənlər peşman olacaqlar və növbəti ev oyunlarımızda stadionumuzu dolu görəcəyik.
- Düşünmürsünüz ki, stadiona gələnlərin sayına biletlərin qara bazarsa satılması da təsirini göstərdi?
- "Qara bazar" barədə bir söz deyə bilmərəm. Biz biletlərimizi satırıq. Sonrakı proseslərdən xəbərsizəm.