Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərindəki dünya çempionatında yeniyetmə sərbəst güləşçilər mübarizəyə başlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan pəhləvanları böyük məşqçi Nazim Əlicanov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında çıxış edirlər.
Ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edir.
Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər yarışıb. Pəhləvanlarımız günü 1 gümüş və 2 bürünc medalla tamamlayıb.
42 kq-da mübarizə aparan Şahin Muxtarov ABŞ və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan güləşçimiz bolqarıstanlı rəqibinə tam üstünlüklə qalib gəlib və mükafatçılar sırasına düşüb.
58 kq çəkidə mübarizə aparan Fazil Həsənov ilk görüşdə İsrail təmsilçisinə qalib gəlib, ardınca ABŞ-dan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Qırğızıstan və Ukrayna güləşçiləri üzərində qələbə qazanan Həsənov bürünc medal uğrunda görüşə çıxıb. Son görüşdə Rusiya təmsilçisini də üstələyən bu güləşçimiz də mükafatçı olub.
69 kq-da təmsilçimiz İsmayıl Abdullayev İtaliya, Gürcüstan və İran idmançıları üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Finalda Rusiya təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
85 kq çəkidə mübarizə aparan Rahid Həmidli Qırğızıstan, Yunanıstan və Qazaxstan təsmilçilərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda Özbəkistandan olan rəqibinə minimal fərqlə uduzub. Bürünc medal uğrunda görüşdə ABŞ təmsilçisi ilə qarşılaşan güləşçimiz məğlub olub və Dünya çempionatını 5-ci sırada tamamlayıb.
42 kq
1/8 final - Malik Heinselman (USA) - Şahin Muxtarov 0:11
1/4 final - Tornike Katamadze (GEO) - Şahin Muxtarov 3:11
1/2 final - İvan Okoneşnikov (RUS) - Şahin Muxtarov 6:1
Bürünc medal görüşü - Tzvetan Mustafov (BUL) - Şahin Muxtarov 0:10
50 kq
1/16 final - İslam Bazarqanov - Dominik Laritz (SUİ) 10:0
1/8 final - Petr Konstantinov - İslam Bazarqanov 8:4
58 kq
1/16 final - Gennadi Benoguev (İSR) - Fazil Həsənov 0:10
1/8 final - Fazil Həsənov - Yianni Diakomihalis (USA) 0:4
Təsəlliverici görüş - Maksat Talkambayev (KGZ) - Fazil Həsənov 1:12
Təsəlliverici görüş - Fazil Həsənov - Dmitri Mixnyuk (UKR) 8:3
Bürünc medal görüşü - Fazil Həsənov - Soslan Guçakov (RUS) 7:4
69 kq
1/8 final - İsmayıl Abdullayev - Salvatore Diana (İTA) 8:1 (təmiz qələbə)
1/4 final - İsmayıl Abdullayev - İveriko Julakidze (GEO) 13:4
1/2 final - Mojtaba Osmanavandi (İRİ) - İsmayıl Abdullayev 6:8
FİNAL - İsmayıl Abdullayev - Slavik Naniyev (RUS) 0:13
85 kq
1/16 final - Rahid Həmidli - Dinislambek Taalaibek (KGZ) 4:2
1/8 final - Rahid Həmidli - Kristos Petridis (GRE) 11:6
1/4 final - Rahid Həmidli - Kuaniş Karabek (KAZ) 10:0
1/2 final - Xusanboy Raximov (UZB) - Rahid Həmidli 2:1
Bürünc medal görüşü - Ouven Vebster (USA) - Rahid Həmidli 1*:1
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov - 42 kq, Xancavad Məcidzadə - 50 kq, Ülvi Qənizadə - 69 kq) medalla başa vurub. Çempionatda 5 güləşçi ilə təmsil olunan qızlarımız isə 1 qızıl (Leyla Qurbanova - 52 kq) və 2 bürünc (Zelfira Ələkbərli - 38 kq) və Şəbnəm Əhmədova - 56 kq) medal qazanıb.