
Voleybolçu qadınlar arasında Çempionlar Liqasının püşkü atılıb. Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçiləri "Rabitə" və "Azəryol"un da rəqibləri müəyyənləşib.
"Rabitə"nin bəxtinə turnirin son qalibi Kazan "Dinamo"su düşüb, "Azəryol"a isə "Fənərbağça" qismət olub.
A qrupu: "Dinamo” (Kazan, Rusiya), "Rabitə" (Azərbaycan), "Ximik” (Polşa), "Agel” (Çexiya)
B qrupu: "Fənərbağça" (Türkiyə), "Azəryol" (Azərbaycan), "Nant" (Fransa), "Stiinta" (Rumıniya)
C qrupu: "Dinamo" (Moskva, Rusiya), "Yamamay" (İtaliya), "Drezdner" (Almaniya), "Salo" (Finlandiya)
D qrupu: "Eczacıbaşı" (Türkiyə), "Omiçka" (Rusiya), "İmpel" (Polşa), "Volero" (İsveçrə)
E qrupu: "Vakıfbank" (Türkiyə), "Pyaçentsa" (İtaliya), "Kann" (Fransa), "Partizan" (Serbiya)
Qrup mərhələsi 11 - 13 noyabrdan 2015-ci il yanvarın 28-dək davam edəcək. Çempionlar Liqasına 4-5 apreldə baş tutacaq "4-lər finalı" ilə yekun vurulacaq.