
"Şiroki Briyeq" Avropanın elə də məşhur komandası deyil. Ona görə də çətin ki, hansısa baş məşqçi bu komandanı yaxından izləyərdi". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsindəki rəqib barədə danışan "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, Bosniya və Herseqovina təmsilçisi barədə bilgiləri iyunun 23-də Avroliqanın I və II təsnifat mərhələlərinin püşkü atıldıqdan sonra toplamağa başlayıblar: "Bu, həm rəqibin heyəti, həm də oyunu ilə bağlı idi. "Şiroki Briyeq"lə bağlı bütün analitik məlumatları toplamağa çalışmışıq. Bu komanda barədə birmənalı nəsə demək çətindir. Əlbəttə, rəqib bizim cütün favoriti deyil. Şanslarımız bərabər sayılır. Hər bir komanda təsnifat oyunlarına müəyyən şansla başlayır. Bu, kimdəsə az, kimdəsə çox olur. Əsas odur ki, biz bu oyunlara necə yanaşacağıq və gücümüzü nə qədər ortaya qoya biləcəyik".
Qeyd edək ki, "Qəbələ" ilə "Şiroki Briyeq" arasındakı ilk oyun iyulun 3-də Qəbələdə, cavab görüşü bir həftə sonra Bosniya və Herseqovinada olacaq.