1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan millisində yeni baş məşqçi
Cüdo üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub. Sportnet.az-ın məlumatına görə, avstriyalı mütəxəssis Peter Zayzenbaxer 2 illik aradan sonra yığmanın baş məşqçi postuna qaytarılıb.
Onun rəsmi təqdimat mərasimi sabah Bakıdakı "Yaxt-klub"da keçiriləcək. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov da iştirak edəcək.
Qeyd edək ki, Peter Zayzenbaxer 2012-ci il London Yay Olimpiya Oyunlarındakı uğursuzluqdan sonra Azərbaycan milli komandasına baş məşqçi təyin olunub. O, Ağayar Axundzadəni əvəzləyib. Zayzenbaxerin rəhbərliyi altında 100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov 2013-cü ildə Azərbaycanın cüdo cüdo tarixində ilk dəfə dünya çempionu olub. Lakin avstriyalı mütəxəssis 2014-cü ilin əvvəllərində maliyyə məsələlərində razılığa gələ bilmədiyi üçün ACF-nin əvvəlki rəhbərliyi ilə yollarını ayırıb.