
Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində doğma azarkeşlər önündə Belçika "Anderlext"ini qəbul edəcək. Sportnet.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Hər iki komanda ilk turda qələbəni əldən verib. "Qarabağ" İngiltərədə "Tottenhem"lə matçda hesabı 7-ci dəqiqədə penaltidən açsa da, sonradan 3 top buraxaraq uduzub - 1:3. "Anderlext" isə evdə "Monako" ilə qarşılaşmanın 11-ci dəqiqəsində ilk qolu vurub. Amma oyunun sonlarında "knyazlıq komandası" bərabərliyə nail olub - 1:1.
Baş məşqçi Qurban Qurbanovun komandası qələbə qazanacağı təqdirdə, qrup ikincisi ola bilər. Təbii ki, burada "Monako" - "Tottenhem" görüşünün nəticəsi də önəmli olacaq.
Qarşılaşmanı avstriyalı Oliver Draxta idarə edəcək.
Avropa Liqası, qrup mərhələsi, II tur
22:00. "Qarabağ” (Azərbaycan) – "Anderlext” (Belçika) - 1:0
Qol: Riçard Almeyda, 35
"QARABAĞ": 13. İbrahim Şehiş, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana (91.Coşqun Diniyev, 68), 20. Riçard Almeyda, 67. El Jadeyaou (
32. Elvin Yunuszadə, 78), 9. Reynaldo, 90. Samuel Armenteros (22. Əfran İsmayılov, 61)
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 8. Miqel Markos Madera, 29. Rudell Pupon
Baş məşqçi: Qurban Qurbanov.
"ANDERLEXT": 1. Silvio Proto (k), 3. Olivye Deşaxt, 37. İvan Obradoviç (
18. Frank Açemponq, 65), 4. Serigne Mbodji, 7. Endi Najar, 10. Dennis Praet (
9. Matias Suares, 72), 16. Steven Defo, 30. Jiliyam Gillet (
31. Yuri Tielemans, 72), 32. Leander Dendonker, 93. İmoh Ezekiel, 99. Stefano Okaka
Ehtiyat oyunçular: 33. Dav Roef, 14. Bram Nuytink, 17. İbrahima Konte, 26. İdrissa Sulla
Baş məşqçi: Besnik Hasi
Baş hakim: Oliver Draxta
Baş hakimin köməkçiləri: Roland Brandner, Ştefan Kuehr
Əlavə köməkçi hakimlər: Manuel Şuettenqruber, Diter Mukenhammer
Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)
Hakim-inspektor: Darko Ceferin (Sloveniya)
UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu