Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. Sportnet.az püşkatmanın nəticələrini təqdim edir:
İlkin mərhələ (14 oktyabr)
1. "Turan Tovuz" - MOİK
2. "Şahdağ" - "Şəmkir"
3. "Şərurspor" - "Qaradağ Lökbatan"
1/8 final (2 dekabr)
4. 1 cütünün qalibi - "İnter"
5. "Rəvan" - "Bakı
6. "Qarabağ" - 2 cütünün qalibi
7. "Neftçala" - "Sumqayıt"
8. "Neftçi" - 3 cütünün qalibi
9. "Xəzər Lənkəran" - "Kəpəz"
10. "Qəbələ" - "Mil Muğan"
11. AZAL - "Zirə"
1/4 final (2 mart və 9 mart 2016)
12. 4 cütünün qalibi - 5 cütünün qalibi
13. 5 cütünün qalibi - 6 cütünün qalibi
14. 7 cütünün qalibi - 8 cütünün qalibi
15. 9 cütünün qalibi - 10 cütünün qalibi
Yarımfinal
16. 12 cütünün qalibi - 13 cütünün qalibi
17. 14 cütünün qalibi - 15 cütünün qalibi
FİNAL
17 cütünün qalibi - 18 cütünün qalibi
________________________________________________________________________________
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2015/2016 mövsümünün püşkü atılacaq. Sportnet.az-ın məlumatına görə, tədbir 19 komandanın iştirakı ilə təşkil olunacaq.
Komandalardan 10-u Premyer Liqa, 9-u I Divizion təmsilçiləridir. Reqlamentə əsasən, 1/4 finaladək və finalda mübarizə tək oyunluq sistemlə aparılacaq. 1/4 final və yarımfinalda isə cütlüklər ev və səfər prinsipi ilə oynayacaqlar. Əvvəlcə I Divizion komandalarından 6-sı 1/8 finala 3 vəsiqənin sahibini müəyyənləşdirəcək. Premyer Liqa təmsilçiləri və I Diviziondakı qalan 3 klub yarışa növbəti mərhələdən qoşulacaq.
İlkin mərhələ oyunları oktyabrın 14-də, 1/8 final qarşılaşmaları dekabrın 2-də, 1/4 final görüşləri gələn il martın 2-də və 9-da, yarımfinallar aprelin 27-də və mayın 4-də, final matçı isə mayın 25-də olacaq.
Püşkatma mərasimi saat 12:00-da AFFA-nın inzibati binasında baş tutacaq.
Püşkatmaya qatılan komandalar:
Premyer Liqa: "Qarabağ”, "İnter”, "Qəbələ”, "Neftçi”, AZAL, "Xəzər Lənkəran”, "Sumqayıt”, "Rəvan”, "Kəpəz”, "Zirə”.
I Divizion: "Bakı”, "Neftçala”, "Qaradağ Lökbatan”, "Turan Tovuz”, "Şahdağ”, "Şəmkir”, "Mil Muğan”, MOİK, "Şərurspor”.