
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2017-nin seçmə mərhələsində 5-ci oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Bakıda Finlandiya yığması ilə qaşrılaşacaq.
4 oyundan 3-də meydanı xalsız tərk edən ölkə təmsilçisi 3 xal qazanacağı təqdirdə qrup 3-cülüyünə yüksələcək. Eyni qrupda yer alan Almaniya Farer Adaları ilə görüşdən xalsız ayrılarsa, milli komanda 2-ci yerin sahibi ilə xallarını eyniləşdirəcək.
Milli komanda qrupda hər iki görüşdə Avstriyaya (0:2; 0:7) və Almaniyaya (0:3) məğlub olub. Yeganə qələbə isə Farer Adaları üzərində qazanılıb - 1:0.
Azərbaycan millisi hazırda 3 xalla qrup 4-cüsüdür. Qrup lideri Avstriyanın aktivində 9 xal var. Almaniya və Finlandiya isə 6 xalla müvafiq olaraq 2 və 3-cü pillələri bölüşür. Rusiya və Farer Adalarının isə aktivində xal yoxdur.
19:00. Azərbaycan - Finlandiya - 0:1
Qol: Fredrik Lassas, 80
Baş hakim: Milan İliç
Baş hakimin köməkçiləri: Milan Miniç, Srdan Milutinoviç
Dördüncü hakim: Robert Kis Çepegi (Hamısı Serbiyada)
UEFA nümayəndəsi: Loukas Siotropos (Yunanıstan)
Hakim-inspektor: Yuri Baskakov (Rusiya)
Bakı. "Dalğa Arena"
Qeyd edək ki, milli komanda bundan sonra daha iki oyun keçirəcək. 21 yaşlılar noyabrın 13-də səfərdə Almaniya ilə, 4 gün sonra isə Bakıda Rusiya yığması ilə qarşılaşacaq.