"Atilla İdman Klubu" MMC ləğv olunduğunu elan edib. Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Vergilər Nazirliyindən bildirilib.
Məlumata görə, MMC-nin bağlanması ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhərinin Səbail rayonu, Bülbül prospekti, 12 ünvanında bildirə bilərlər.
Sportnet.az-ın araşdırması nəticəsində "Atilla İdman Klubu"nun Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti, hazırda Bakının Nəsimi rayonunun icra başçısı vəzifəsində çalışan Asif Əsgərova məxsus olduğu müəyyənləşib. Klub cüdoçuların hazırlığı üçün nəzərdə tutulub. Federasiyanın əvvəlki rəhbərliyinin dövründə "Atilla" Azərbaycan yığmalarının təlim-məşq bazası rolunu da oynayıb.
Klubun rəsmisi İbrahim Ramazanov Sportnet.az-a bildirib ki, əslində klub qalır, amma hüquqi olaraq, MMC-dən İctimai Birliyə çevrilir. Eyni zamanda "Atilla" Səbail rayonu, Xaqani küçəsi, 45 ünvanında fəaliyyət göstərməyəcək. Klub üçün Badamdar qəsəbəsində yeni idman zalı tikilib.