
Azərbaycanın qadın voleybolçulardan ibarət 4 klubundan 3-ü Avropa kuboklarında mübarizəyə başlayıb. Sportnet.az-ın məlumatına görə, bu gün "Lokomotiv", "Azərreyl" və "Azəryol" ilk oyunlarını keçirib.
"Azəryol" klubu CEV kubokunun 1/16 finalında Rumıniyanın Tarqovitse şəhərinin eyniadlı komandası ilə qarşılaşıb. Bolqarıstanlı Borislav Yordanov və yunanıstanlı Teodora Kiriopulunun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.
"Azərreyl" və "Lokomotiv" isə Çempionlar Liqasının qrup mərhələsində ilk matçlarına çıxıb. Bu komandalar eyni qrupa düşüb. A qrupunda gedən mübarizədə "Azərreyl" Almaniyanın "Ştutqart", "Lokomotiv" isə Rusiyanın "Dinamo" (Kazan) klubu ilə qarşılaşıb. Bakıdakı Voleybol Mərkəzində baş tutmuş qarşılaşmada "Azərreyl" inamlı qələbə qazanıb - 3:0. Əvəzində Kazandakı "Sankt-Petersburq" arenasında keçirilmiş görüş "Dinamo"nun üstünlüyü ilə tamamlanıb - 3:1.
Qeyd edək ki, "Azəryol" və "Lokomotiv" komandaları Çempionlar Liqasının A qrupunda "Dinamo" və "Ştutqart"la birgə yer alıblar. "Telekom"un mübarizə aparacağı E qrupunda isə "Fənərbağça", "İmpel Vrotslav" və "Drezdner" klubları mübarizəyə başlayacaq. İlk tur oktyabrın 29-da olacaq.
Çempionlar Liqası, Qrup mərhələsi
A qrupu
18:00. "Azərreyl" (Azərbaycan) – "Ştutqart" (Azərbaycan) - 3:0 (25:18, 25:23, 25:18)
Hakimlər: Katarjina Sokolla (Polşa), Tumas Murulo (Estoniya)
Bakı, Voleybol Mərkəzi
20:00. "Dinamo" (Kazan, Rusiya) – "Lokomotiv" (Azərbaycan) - 3:1 (25:21, 23:25, 25:22, 25:22)
Hakimlər: Kari Partiainen (Finlandiya), Georgios Papageorgiou (Kipr)
Kazan, Sankt-Peterburq Sarayı
CEV kuboku, 1/16 final
20:00. "Tarqovitse" (Rumıniya) - "Azəryol" (Azərbaycan) - 3:0 (25:19, 25:19, 30:28)
Hakimlər: Borislav Yordanov (Bolqarıstan), Teodora Kiriopoulou (Yunanıstan)
Tarqovitse, İdman Sarayı