Azərbaycanın idman gimnastı Oleq Stepko 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı bu nailiyyətə Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən dünya çempionatında imza atıb.
Stepko paralel qollarla final hərəkətlərində 15,966 xalla xalla bürünc medala sahib olub. Çinli Hao Yu 16,216 xalla qızıl, ukraynalı Oleq Vernyayev 16,066 xalla gümüş medala yiyələnib. Əsasnaməyə görə, hər 3 mükafatçı Rio-2016-da iştirak hüququna yiyələnib.
Qeyd edək ki, Oleq Stepko "Bakı 2015" I Avropa Oyunlarında 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.