
Almaniyanın "Borussiya” (Dortmund) komandasının hücumçusu Henrik Mxitaryan "Qəbələ” ilə oyundan sonra müsahibə verib... Sportnet.az həmin müsahibəni təqdim edir...
- "Qəbələ” üzərində 4:0 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Qola qədər bir qədər çətinlik çəkdik. Amma hesabı açdıqdan sonra daha rahat oynamağa başladıq. Ardınca ikinci qolu da vurduq. Fasilədən sonra da üstün oynadıq. Layiqli qələbə qazandığımızı düşünürəm.
- "Qəbələ” haqda fikirlərin necədir?
- "Qəbələ” pis komanda deyil. Yaxşı mübarizə apardılar. "Qəbələ”nin baş məşqçisini də yaxşı tanıyıram. Eləcə də futbolçuları. Aleksey Qayla bir komandada oynamışam. "Qəbələ”yə qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Bakıda keçirilən ilk oyunda iştirak etməməyiniz nə ilə əlaqədardı?
- Mən Bakıya gəlmək istəyirdim. Amma təhlükəsizliklə bağlı suallar var idi. Buan görə də yekun qərar oldu ki, Bakıya getməyim.
- Sizə qədər bir çox erməni idmançı Bakıya gəlsə də, heç bir problemlə üzləşməyiblər...
- Amma digərləri futbolla bağlı gəlməyiblər. Güləş və şahmat futboldan fərqlidir.
- Bakıda nəsə olacağından ehtiyatlanırdınız?
- Bu, insanların məni necə qəbul etməsindən asılıdır. Ona görə də dəqiq heç nə deyə bilmərəm.
- Bu gün tribunada Ermənistan bayraqları da var idi. Bu, rəqibin Azərbaycan klubu olmasından irəli gəlirdi?
- Yox, bu hal Bundesliqada da olur. Ermənilər həmişə "Borussiya”nın oyununa gəlirlər. Lakin xüsusi olaraq bugünki oyun üçün də gələnlər var idi.
- Azərbaycan klubuna qol vurmaq Henrik Mxitaryan üçün vacib idi?
- Oyundan əvvəl də demişdim ki, bu, mənim üçün xüsusi oyun deyildi. "Qəbələ”yə qol vurmaq mənim üçün xüsusi əhəmiyyət kəsb etmirdi. Amma təbii ki, qol vurmaq hər zaman xoşdur ("Futbolxeber.az).