Boliviyanın cənubundakı Villazon stadionunda şəhərin iki komandası arasında keçirilmiş oyun zamanı ildırım dalğasından futbolçu ölüb. Sportnet.az-ın məlumatına görə, ölkə prokurorluğu həmin şəxsin David Alvares olduğunu açıqlayıb.
Alvares zərbədən yerindəcə keçinib. Daha 8 oyunçu müxtəlif dərəcəli zədələr alıb.