
"Belə oyunlarda qələbə mütləq olmalıdır. Ancaq "Sumqayıt” gənc futbolçularla buna imkan vermədi". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində "Sumqayıt”la 2:2 hesablı heç-heçə edən "Qəbələ”nin futbolçusu Samir Zərgərov deyib. 
O, son oyunlarda üzləşdikləri heç-heçələr seriyasından qurtula bilməmələrinə belə münasibət bildirib: "Düzdür, son oyunlar heç-heçələri sıralayırıq. Ancaq bu stereotipi aradan qaldırıb, hazırki ab-havadan çıxmaq istəyirik. Bircə qələbə lazımdır. Bu olsa, ardı gələcək". 
Zərgərov "Sumqayıt"la süni örtükdə keçirdikləri oyunun 5 gün sonra Yunanıstaanda təbii örtüklü meydanda PAOK-la Avropa Liqası matçına çıxmalarının problem yaratmayacağına əminlik ifadə edib: "Meydanın süni olmasını problem görmürəm. Onsuz da oyunların çoxu süni meydanlarda keçirilir. Qarşıda  Avroliqanın qrup mərhələsi çərçivəsində PAOK-la oyun var. Qrupa düşmək üçün hansısa uğurlar qazanmışıqsa, niyə də qrupda bunu bacarmayaq”.









                 





    
    
    
    
    
    
    
    
    






















































