
"Xəzər Lənkəran"ın futbolçusu Rasim Ramaldanov "Neftçi" ilə keçirilmiş oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- "Neftçi" ilə qarşılaşma haqda nə deyə bilərsən?
- İstədik qalib gələk, amma alınmadı. Xal itirdik.
- İlk qolda "Neftçi"nin futbolçusu Elşən Abdullayev mərkəzdə bir neçə nəfəri keçərək fərqləndi. Onu saxlamaq mümkün deyildi? Nəsə bir rahatçılıq vardı?
- Yox, rahatçılıq yox idi. Sadəcə keçdi və qol vurdu.
- "Xəzər Lənkəran"ın xal qazanmağı üçün nə çatmadı?
- İstək vardı, sadəcə bəlkə də sonluq yox idi və ona görə də uduzduq.
- Sanki ikinci hissədə oyundan qopdunuz. Çünki ilk hissədə demək olar ki, üstünlük sizin komandada idi. Fasilədə nə dəyişdi?
- Vallah bilmirəm. Bacardığımızı oynadıq və uduzduq.
- Öz çıxışın haqda nə deyə bilərsən?
- Özümə də ağırdır. Demək olar ki, 1 aydır məşq etmirdim. Güc bəla ilə oyuna hazırlaşırdım və meydana iynə ilə çıxmışdım. Yenə də özümə çox ağırdır.
- Baş məşqçi oyundan sonra nə dedi?
- Bir az oyunu müzakirə etdik. Səhvlər haqda sonra danışılacaq.
- Yanvardan sonra heyət baxımından nəyəsə ümid edirsiniz?
- Ümid edirik ki, yaxşı olacaq. Bu heyətlə çətindir. Yaxşı cavan futbolçular var. Amma 4-5 nəfər də kömək olsa, yaxşı olar.
- Komandada maddi problem var. Bu problem "Neftçi" ilə oyuna təsir etdi?
- İnanırıq ki, maddi durum düzələcək. Bu məsələnin oyuna heç bir aidiyyatı yoxdur. Həmişə meydanda gücümüzlə çıxış edirik. "Neftçi" ilə oyunda isə ikiqat can qoymalı idik və onu da etdik.
- "Xəzər Lənkəran" bu stadionda heç vaxt "Neftçi"yə məğlub olmayıb. Azarkeşləriniz məğlubiyyəti necə həzm edəcək?
- Futboldur, nə bacarırdıqsa, onu da etdik. Oldu da...