Litva çempionatının başa çatan mövsümünün simvolik komandası müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "11-liy"ə "Bakı"nın sabiq futbolçusu Deyvidas Çesnauskis də düşüb.
Hazırda "Trakay"da çıxış edən 34 yaşlı oyunçu ən yaxşı sağ cinah müdafiəçisi sayılıb. Siyahı Litva Futbol Federasiyasının keçirdiyi sorğu əsasında müəyyənləşib.
Qeyd edək ki, Deyvidas Çesnauskis 2011-ci ilin iyulundan 2014-cü ilin iyulunadək "Bakı"da çıxış edib.