1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev gözdən düşdü
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev Türkiyənin "Karşıyaka" klubunda gözdən düşüb. Sportnet.az-ın məlumatına görə, buna 29 yaşlı qolkiperin bu mövsüm uğursuz çıxışı səbəb olub.
Üstəlik, III Liqa klubu "Darıca Gənclərbirliyi"ndən 120 min lirəyə (təqribən 40 min dollar) alınan Ersin Aydın son 2 görüşdə start heyətdə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. 25 yaşlı qolkiper həm "Tekirdağspor"la Türkiyə Kubokundakı (3:2), həm də "Balıkesirspor"la I Liqadakı (0:0) oyunlarda qurtarışları ilə azarkeşlərin rəğbətini qazanıb.
Ağayev isə bu oyunlar zamanı icazəli olub. "Karşıyaka"nın düşərgəsinə ötən gün qayıdan təcrübəli qapıçı ilə müqavilənin pozulacağı bildirilir.
Qeyd edək ki, Kamran Ağayev "Karşıyaka" ilə yayda 1 illik müqavilə bağlayıb.