"Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək "Anderlext"lə oyun üçün Belçikaya yollanıb. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev adına Hava Limanında komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlər üçün brifinq keçirib.
Təcrübəli mütəxəssis brifinqdə ümidsiz olmadıqlarını, rəqibin güclü olmasına baxmayaraq qalibiyyət haqda düşündüklərini deyib. 43 yaşlı mütəxəssis yalnız müdafiəçi Ansi Aqollinin zədə üzündən meydana çıxa bilməyəcəyini açıqlayıb. Buna baxmayaraq albaniyalı müdafiəçi Brüsselə yollanıb. Q.Qurbanovun sözlərinə görə, o cümlədən zədəsi olan Riçard Almeyda və Rəşad Sadıqovun oynamasında problem yoxdur: "Səfərdə oynamağımıza baxmayaraq, "Qarabağ" öz oyun üslubuna sadiq qalacaq".
Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir.