1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK! Azərbaycan idmançısından ikinci dəfə dopinq çıxdı
Azərbaycan ağırlıqqaldıranı Silviya Angelova yenidən dopinq-testdən keçə bilməyib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bolqarıstanlı legioner ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapılan 4 atletdən biri olub.
33 yaşlı idmançının A probu müsbət nəticə verib. B probu da eyni nəticəni versə, Angelova ömürlük diskvalifikasiya ediləcək. Çünki bu hal təcrübəli ağırlıqqaldıranın karyerasında ikinci dəfə baş verir. İlk dəfə 2013-cü il aprelin 8-də onun orqanizmindən anabolik turinabol steroidi aşkarlanıb. Nəticədə Azərbaycan millisinin üzvü 2 il müddətinə diskvalifikasiya olunub. Həmin il Beynəlxalq Ağırlıqqaldırma Federasiyası ölkənin 18 ağırlıqqaldıranını cəzalandırıb, Azərbaycan Ağır Atletika Federasiyasını 500 min dollar cərimələyib. İkinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün Zülfüqar Süleymanov ömürlük diskvalifikasiya edilib.
Bolqarıstan mətbuatı dünya çempionatında Azərbaycan millisinə 62 kq çəki dərəcəsində bürünc medal qazandırmış Valentin Xristovun da dopinq-testdən keçə bilmədiyini yazıb. Amma DPA agentliyi yığma üzvlərindən yanız Angelovanın 4 idmançı arasında olduğunu yazıb.
Qeyd edək ki, Silviya Angelova 2012-ci il Avropa çempionatında 48 kq çəki dərəcəsində bürünc, növbəti il gümüş medal qazanıb. Dopinq-testdən keçə bilmədiyi üçün onun medalı əlindən alınıb. Bu il cəzasını başa vurduqdan sonra Angelova dünya çempionatını 39 idmançı arasında 34-cü pillədə başa vurub.