1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milli Olimpiya Komitəsindən dopinq açıqlaması
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın 3 ağırlıqqaldıranının dopinq-testdən keçə bilməməsinə dair məsələyə münasibət bildirib. Sportnet.az "Report"a istinadən xəbər verir ki, Ç.Hüseynzadə jurnalistlərə açıqlamasında məlumatı yenicə aldıqları üçün hələlik heç bir müzakirənin aparılmadığını söyləyib.
O deyib ki, MOK-un Antidopinq Komissiyası mütəxəssislərlə birgə məsələni müzakirə edəcək. Ç.Hüseynzadənin sözlərinə görə, Azərbaycan ağırlıqqaldıranları ötən ay ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatına yollanmamışdan öncə dopinq analizindən keçiblər. Həmin vaxt idmançılardan istifadəsi qadağan olunmuş dərman izləri aşkarlanmayıb: "Dopinq işi bir az qəliz məsələdir. İdmançılarımızın dünya çempionatı öncəsi analizləri təmiz çıxmışdı. Yarış zamanı götürülən dopinq-testin müsbət nəticə verməsi müzakirə mövzusudur. Ona görə də hər şey təhlil olunmalıdır. Komissiya təşkil olunanda mütləq Ağır Atletika Federasiyasının nümayəndələrini də dəvət edəcəyik".
2 il öncə də Azərbaycan ağırlıqqaldıranlarının dopinq-testdən keçə bilməmələri ilə bağlı böyük problemin yaşandığını xatırladan M.Hüseynzadənin sözlərinə görə, bu dəfə eyni hal təkrarlanmamalı idi: "Sadəcə, onu deyə bilərəm ki, bu dəfə məsələ çox ciddi şəkildə araşdırılacaq".
Qeyd edək ki, dünya çempionatında Valentin Xristov, Elxan Əliquluzadə və Silviya Angelova dopinq-testdən keçə bilməyib.