Əvvəla, Avropa Liqasında mərhələ keçdiyi üçün, bir azərbaycanlı kimi, "Neftçi"ni təbrik etməyi özümə borc bilirəm. Sağ olsun ... legionerlər və arazlar, elvinlər, samirlər, cavidlər ki, qələbəyə ac olan azarkeşlərimizə bu sevinci yaşatdılar. Bakıda məğlub olub hər kəsin ümidini heçə endirən "ağ-qaralar" Sloveniyada qələbə qazanmaqla futbol azarkeşlərinə sanki dünyaları bəxş etdilər.
İndi keçək əsas məsələyə...
"Mən düzünü deyəcəyəm, məndən heç kim inciməsin. Nəbi dayı zərbəçidir, ordeni var, şəkli qəzetdə çıxır. Ancaq ordeni olan adam gərək yalan danışmasın. Nəbi dayı razılıq verməliydi ki, mən onun qızı Solmazla evlənim. İndi isə vədinə əməl edib, sözünə sadiq olmaq istəmir. Axı ayıbdır, yoldaşlar! Yalançı adamdan qəhrəman olar? Bu hərəkətə görə qoy, Nəbi dayı inciməsin məndən". Bu sözlər məşhur filmimiz "Kişi sözü"ndə Qasımın sevdiyi qız Solmazın atası Nəbi dayıya fermada aparılan çəkiliş zamanı dedikləridir.
"Neftçi"nin də bir Nəbi dayısı var ki, hamı onu Böyükağa Hacıyev kimi tanıyır.
Bu Hacıyev də Nəbi dayı kimi sözünün üstündə dura bilmir;
Ya da durmaq istəmir;
Ya da durmağa qoymurlar.
Bu "ya da"ları artırmaq olar. Ancaq əsas məsələ Nəbi dayının nəyə görə sözünün üstündə durmaması deyil, sözü verib əməl etməməsidir.

Hələ ötən il "Skenderbeu" ilə oyundan sonra istefa verən Hacıyev düzü, hər kəsi təəccübləndirdi. Hacıyevin hansı kluba gedəcəyi maraqla gözlənilsə də, o, "Neftçi"dən kənara çıxmadı və "dədə" dediyi Sadıq Sadıqovun müşaviri vəzifəsini yerinə yetirdi. Dədə də "Zəif"in bu əziyyətini qarşılıqsız qoymayıb, onu yenidən komandasının baş məşqçi postuna oturtdu.
Elə hər şey də bu "qayıdış"dan sonra baş verdi. "Neftçi" hazır maşındır" deyən Hacıyev nədənsə, bu avtomobili ilə daxili yarışda mükafatçılar siyahısına düşə bilmədi. Amma kuboku qazandı. Hacıyev bu avtomobili ilə Avroliqada "Koper"ə evdə uduzdu. Halbuki, "Neftçi" Avropa Liqasının qrup mərhələsində oynayan, arazları, elvinləri, samirləri olan bir klubdur. Elə bu məğlubiyyətdən sonra da həmin maşının sürücüsü yenə gündəmdə qalacaq bir açıqlama verdi.
"Koper"lə Sloveniyada keçiriləсək görüşdə udsam da, uduzsam da gedəcəyəm" dedi. Düzdür, uddu, amma verdiyi sözə əməl etmədi, sonra "Əsəbiydim" söylədi. Lap Nəbi dayı kimi... Elə Nəbi dayı da Qasıma oxuyub qayıdacağı təqdirdə, qızını ona verəcəyini desə də, sözünə əməl eləmədi.
Qasımın dediyi kimi, uğurları olsa da, şəkilləri qəzetdə, özü televiziyada görsənsə də, yalançı adamdan qəhrəman olmaz.
Sonda Qasımın evə gələrək Nəbi dayıya dediyi sözü xatırlatmaq istərdim: "Keçmişdə sözünün sahibi olmayanları da kişi hesab eləməzdilər. Elə indi də adətimiz belədir".
Sonda Qasımın evə gələrək Nəbi dayıya dediyi sözü xatırlatmaq istərdim: "Keçmişdə sözünün sahibi olmayanları da kişi hesab eləməzdilər. Elə indi də adətimiz belədir".
Mən də özümə söz vermişdim ki, qələbə qazansa da, sözünə əməl etməyən Böyükağa Hacıyevdən yazım.
Qayıdıram yenə "Kişi sözü"nə. Həmin filmdə Qasım Nəbi dayının evindən gedərkən, belə deyir: "İncimə, Nəbi dayı! Bağışla..."
Mən də bir "Kişi sözü" yazdım: "İncimə, Böyükağa müəllim! Bağışla..."
Qayıdıram yenə "Kişi sözü"nə. Həmin filmdə Qasım Nəbi dayının evindən gedərkən, belə deyir: "İncimə, Nəbi dayı! Bağışla..."
Mən də bir "Kişi sözü" yazdım: "İncimə, Böyükağa müəllim! Bağışla..."
Rövşən ƏHLİMANOĞLU