AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Avstriya "Zalsburq"u ilə Çempionlar Liqasının III təsnifat mərhələsindəki ilk oyununu da canlı izləyib. Sportnet.az-ın məlumatına görə, Abdullayev oyundan sonra Ağdam komandasını qələbə münasibətilə təbrik edib.
O daha sonra jurnalistlərə açıqlamasında "Qarabağ"ın yaxşı oynadığını bildirib. Bununla yanaşı, AFFA prezidenti növbəti mərhələyə vəsiqənin cavab görüşündə müəyyənləşəcəyini söyləyib: "Belə davam etsə, "Qarabağ" nəinki bu mərhələni keçəcək, hətta Çempionlar Liqasının qrup mərhələsinə düşəcək. Çalışacağam ki, Avstriyaya gedərək, cavab oyununa da baxım. Çoxdandır stadionda belə azarkeş izdihamı yaşanmırdı. Bu qədər tərəfdarın gəlməsi yaxşı haldır".
Abdullayev ukraynalı referi Sergey Boykonun idarəçiliyindən də narazılıq edib: "Baş hakim səhvi ucbatından keçən dəfə "İnter" mərhələ adlaya bilmədi. Bu dəfə də referinin səhvi çox oldu. Vərəqələrə çox meylli idi".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |