Azərbaycanın 21 yaşadək
futbolçulardan ibarət millisinin müdafiəçisi Şəhriyar Əliyev "Bakı”
klubundan ayrılıb. Bu barədə Sportnet.az-a Əliyevin özü açıqlama verib.
Gənc futbolçu artıq sərbəst olduğunu
bildirib: "Sənədlərimi almışam. Sərbəstəm. Klubdan bizə olan borcları da ödəyəcəklərini deyiblər”.
Əliyev yeni klubunun bir neçə günə müəyyənləşəcəyini əlavə edib.
Qeyd edək ki, Şəhriyar
Əliyev 2008-ci ildən "zolaqlılar”ın heyətində çıxış edir.