Son mövsüm "Rəvan"ın qapısını qoruyan Kamal Bayramov Tükiyənin "Giresunspor" klubu ilə yollarını ayırdıqdan sonra "Araz Naxçıvan"la anlaşıb. Bu barədə Sportnet.az-a komandanın baş məşqçisi Əsgər Abdullayev məlumat verib.
Naxçıvan klubu ilə 1 illik müqaviləyə qol çəkən Bayramov artıq komandayla birgə məşq edir.
Qeyd edək ki, "Rəvan"dan ayrılan Kamal Bayramov Türkiyənin "Giresunspor" klubu ilə 1 illik müqavilə imzalamışdı.