1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əsgər Abdullayev: "Naxçıvanda meydandan kənar təsir olmayacaq" - MÜSAHİBƏ
"Araz Naxçıvan" klubunun baş məşqçisi Əsgər Abdullayevin Sportnet.az-a müsahibəsi
- Artıq çempionatın startına bir neçə gün qalıb. Komandada vəziyyət necədir?
- Hər şey qaydasındadır, məşqləri davam etdiririk.
- Yeni transferlər özünü döğruldur?
- Yoldaşlıq oyunları keçirtdik. Məqsədimiz hər bir futbolçunu yoxlayıb, heyəti müəyyənləşdirmək, xəttlər arasında çatışmamazlıqları düzəltmək idi. Deyərdim ki, bu gün komandada vəziyyət qənaətbəxşdir.
- Bu heyətlə nə cür oyun sərgiləməyi düşünürsünüz?
- Öncədən nəsə demək çətindir. Hər halda çalışacağıq ki, layiqli futbol oynayaq.
- Son mövsümdə "Sumqayıt” da yerli futbolçularla mübarizə aparmışdı. "Araz Naxçıvan"ın da heyətində yerli futbolçular üstünlük təşkil edir. Sizcə, yerli futbolçularla uğur qazanmaq mümkün olacaq?
- Bu, asan məsələ deyil. Burada sərhəd qoyulmayıb ki, ancaq yerli futbolçular olsun. İnanmaq lazımdır. Futbolçu inanmalıdır, özünü təsdiqləməyi bacarmalıdır. Yəqin ki, hər bir futbolçu millidə oynamaq istəyər. Naxçıvanda onlar üçün hər cür şərait yaradılıb.
- Futbol ictimaiyyətində belə fikir formalaşıb ki, Premyer Liqa klublarına Naxcıvanda oynamaq kənar amillərin təsiri baxımından çətin olacaq...
- Keçən il də buna bənzər söz-söhbət vardı. "Araz Naxçıvan” öz oyunu ilə sübut etdi ki, bunlar hamısı şayiədir. Ölkə kubokunda "Simurq"la, "Xəzər Lənkəran"la oyunlarımız da bunu göstərdi. Belə düşünürəm ki, rəqiblərə komandamız tərəfindən müqavimət göstəriləcək. Hər bir kluba böyük hörmətlə yanaşırıq. Rəqiblər güclü, köklüdürlər.
- Qapıçı Emil Balayevin gedişindən sonra Cahangir Həsənzadə ilə anlaşdınız. Lakin o da ailə səbəblərindən Naxçıvana gəlmədi. Sizcə, bu, komandanı pis vəziyyətdə qoymaq deyil?
- Hər bir komanda istəyər ki, Həsənzadəni heyətində görsün. Cahangirlə uzun müddət birgə çalışmışıq. Yaxınlaşdı, ailəvi məsələləri olduğu dedi və getdi. Biz də başa düşdük ki, onun problemləri var. Üstəlik o bizimlə müqavilə imzalamamışdı.
- Peşəkar qapıçının bu cür addım atması nə dərəcədə düzgündür?
- Müqavilə bağlanmamışdı. Hətta bağlansa belə, insanı cəhətdən başa düşmək lazımdır. İnsanın ailə problemi olduğu, fikri orada qaldığı bir halda, özü burada necə ola bilərdi?!
- Yeni transfer Kamal Bayramovla neçə illik müqavilə bağlanıb?
- Kamal Azərbaycan futbolunda öz sözünü demiş, təcrübəli qapıçıdır. İnanıram ki, bizə çox kömək edəcək. Kamalla 1 illik müqavilə imzalanıb. Ona çox böyük inamım var.
- Bayramov "Rəvan"dan getdi. Türkiyə variantı alınmadıqdan sonra "Araz Naxçıvan"a qayıtdı. Onunla nə vaxtdan danışıq aparırdınız?
- Məsələ onda deyil ki, nə vaxt başlayıb, necə başlayıb. Əsas odur ki, bu gün o komandadadır.
- Olmazdı ki, Türkiyəyə getməmişdən öncə komandaya cəlb olunsuz?
- Kamal ilə bizim söhbətimiz öncədən olmuşdu. Hətta onda Cahangir AZAL-da idi. Elə bir xəbər yox idi. Söhbət zamanı bəzi məqamlar oldu və baş tutmadı. Çempionat da bitdikdən sonra futbolçularla danışıq olub. Biri var oturmuş komanda olsun, biri də var birbaşa 17 -18 futbolçu axtarırdım. Bakıya gedən kimi ertəsi gün bu işlərə başlamışam. Kamal da bunlardan biri oldub. "O vaxt alınmadı" demək düzgün olmaz, sadəcə bəzi məqamlara görə olmadı.
- Yəni Türkiyə klubunda maliyyə problemi olmasaydı, ”Araz Naxçivan” variantı alınmazdı?
- Orada nə olub, mən bilmirəm. Yəni onu mən heç soruşmuram. Əsas odur ki, istədiyim futbolçu komandamda olsun.
- "Rəvan” Türkiyə klubundan təzminat istəyib. "Araz Naxçıvan" necə, Bayramova görə hər hansı bir məbləğ ödəyəcək?
- Bu məsələləri rəhbərlik həll edir. Sadəcə, demişəm ki, Kamal bizim komandaya lazımdır. Rəhbərlik də onu gətirdi. Nə danışıblar, blmirəm. Məni maraqlandıran futbolçunun komandada olmasıdır. Qalan məsələlər mənə maraqlı deyil.
Rövşən ƏHLİMANOĞLU