Türkiyənin "Qalatasaray" klubunun əfsanəvi futbolçusu Bülent Korkmaz "Bakı" komandasında yenidən baş məşqçi kimi çalışmaq istəyir. Bu barədə Sportnet.az-a paytaxtın eyniadlı təmsilçisinin vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Seyidovun sözlərinə görə, Korkmaz onunla əlaqə saxlayaraq, "Bakı"da təmənnasız işləməyə hazır olduğunu bəyan edib: "Bülent bəy mənə dedi ki, "Bakı" ilə bağlı bütün xəbərləri diqqətdə saxlayır. Son zamanlar klubumuzda yaranmış problemlərdən xəbərdar olduğunu bildirən keçmiş baş məşqçimiz "Ehtiyac varsa, hər cür kömək göstərməyə hazıram" söylədi".
Korkmaza təşəkkürünü bildirən "Bakı" rəsmisi bunu təkcə klubla keçmiş baş məşqçisinin deyil, həm də Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə bir töhfə adlandırıb: "Bülent bəy doğrudan da çətin günlərin dostu olduğunu bir daha nümayiş etdirdi".
Qeyd edək ki, Bülent Korkmaz 2009-cu il sentyabrın 18-dən 2010-cu il martın 22-dək "Bakı"nın baş məşqçisi olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |