Rusiyanın "Krasnodar" klubunun futbolçusu Marat İzmaylov "Qəbələ"dəki karyerası barədə danışıb. Sportnet.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi "Sovetskiy Sport Futbol" həftəliyinə müsahibəsində Azərbaycana gəldikdən ayyarım sonra özünə gəldiyini bildirib.
O deyib ki, ötən mövsümün ilk yarısını şəxsi məsələləri ilə əlaqədar buraxmalı olub. Daha sonra "Qəbələ"də lazımi formaya düşmək üçün İzmaylova müəyyən vaxt lazım gəlib: "Baş məşqçi Yuri Syominə və "Qəbələ" klubuna hədsiz minnətdaram ki, mənimlə bağlı belə situasiyada dözüm nümayiş etdirdilər. Sonra mən lazımi hazırlıq və oyun ritminə düşdüm. Başqa cür oldum. İndi bütün dünyanı dolaşdığım məzuniyyətdən sonra durmadan çalışıram. Tezliklə lazımi formamı yığmağa çalışıram".
Təcrbəli futbolçu bildirib ki, onun "Qəbələ"dən sonra "Mordoviya"da da Syominlə birgə işləmək imkanı olub. Lakin o, qocaman mütəxəssisin dəvətini qəbul etməyib: "İndi bir çox nüans səsləndirmək olar. Lakin əsas səbəb budur ki, "Mordoviya" süni örtükdə oynayır və məşq edir. Bu isə mənim üçün arzuolunmazdır. "Qəbələ"də isə Syominlə işləmək ideal idi. Onunla ən yüksək səviyyədə münasibətlərimiz qurulmuşdu. Mənə və Yuri Pavloviçə orada diqqət və hörmət göstərirdilər. Karyeramın bu dövrünü sevinc hissləri ilə xatırlayıram. Çox şadam ki, belə futbol və həyat təcrübəsi əldə etdim".
Qeyd edək ki, Marat İzmaylov "Qəbələ" ilə Azərbaycan çempionatının bürünc medalını qazanıb və ölkə kubokunun finalınadək irəliləyib. Ötən mövsümün sonunda o, baş məşqçi Yuri Syominlə birgə komandanı tərk edib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |