Türkiyənin "Samsunspor" klubu "Bakı"nın futbolçusu Yusup Hakimovu sıralarına cəlb edib. Sportnet.az-ın "Anadolu" agentliyinə istinadən məlumatına görə, 18 yaşlı müdafiəçi bir müddət baxışdan keçiriləcək.
Xəbərdə Hakimov çeçen əsilli azərbaycanlı futbolçu kimi göstərilib. Sportnet.az-ın araşdırması nəticəsində məlum olub ki, bu oyunçu ötən mövsüm "Bakı"nın 17 yaşadək komandasının heyətində çıxış edib. İyulun 28-də isə o, Azərbaycanın 19 yaşadək yığmasının heyətində Avstriyaya təlim-məşq toplantısına yollanıb. Hazırlıq prosesi avqustun 10-da yekunlaşıb. Məhz bundan sonra Hakimovun "Samsunspor" düşərgəsinə yollandığı güman olunur.
Qeyd edək ki, daha öncə "Bakı"nın yetirmələrindən olan Namiq Ələsgərovla Şəhriyar Əliyev "Qarabağ"a, Vadim Abdullayevlə Vüqar Mustafayev "Simurq"a yollanıb. Paytaxt klubu həmin futbolçuların heç bir razılıq olmadan Ağdam və Zaqatala komandalarına keçdiklərini iddia edir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |