
Müzakirələrdən sonra qərara alınıb ki, İntizam Komitəsinin Yunuszadə barədə mayın 20-də çıxardığı qərar qismən dəyişdirilsin. Müdafiəçi intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə ediləcək.