
"Bakı" klubunun 2014-2015-ci il mövsümündə Topaz Premyer Liqasında iştirakına icazə verilib. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov bildirib.
Seyidov AFFA-da apardığı danışıqlar barədə ətraflı məlumat vermədən bunları deməklə kifayətlənib: "AFFA "Bakı"nın Premyer Liqada iştirakına icazə verdi. "Bakı" çempionatda iştirak edəcək. Artıq əvəzedici heyətimiz "Neftçi" ilə oyunda iştirak edir. Sabah da əsas komandamız meydana çıxacaq. Təşəkkürlər, AFFA! Təşəkkürlər, PFL".