"İlk turdan fərqli olaraq, bugünkü oyunda mübarizə aparıb qələbə qazanmaq istəyirdik. Lakin görünür ki, əsas heyətin iki üzvünün olmaması oyunumuza təsir etdi. İlk 35 dəqiqədə komanda, sanki, özündə deyildi, son 10 dəqiqəsində isə komanda özünə gəldi". Sportnet.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bunu Topaz Premyer Liqasının II turunda Zaqatalada "Simurq”a 0:2 hesabı ilə uduzan AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
"Simurq”u layiqli qələbə münasibətilə təbrik edən Əhmədov komandasının öz oyununu göstərmək üçün zamana ehtiyacının olduğunu bildirib: "İkinci hissədə Kordobanın qol imkanı oldu, lakin epizoddan istifadə edə bilmədi. Mövsüm uzundur, qarşıdakı oyunlara baxacağıq. Legioner oyunçular komandaya tam uyğunlaşmayıb. Yaxın günlərdə daha bir hücumçu da komandamıza cəlb olunacaq. Öz oyunumuzu göstərmək bizə müəyyən vaxt lazımdır”.