"Qəbələ"nin futbolçusu Paulo Luis Hilario Dodo əvəzedici heyətdən əsas komandaya qaytarılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Dorinel Muntyanu açıqlama verib.
O bildirib ki, braziliyalı yarımmüdafiəçi artıq 3 gündür əsas komandadadır. Muntyanunun fikrincə, Dodo əvəzedici heyətdə keçirdiyi vaxtda səhvlərini dərk edib. Bununla belə, 27 yaşlı oyunçu "Bakı" ilə Topaz Premyer Liqası qarşılaşmasının iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Dodo iyulun sonlarında intizamsızlığı səbəbindən əvəzedici heyətə göndərilib. Lakin o, əvəzedici komandada da ötən tur "Araz Naxçıvan"la görüş zamanı rəqibi təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılıb.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |