
Bununla yanaşı, Əhmədov qəfil qərardan sonra AZAL-ın planlarının alt-üst olduğunu söyləyib: "Azərbaycan futbolunu Avropada təmsil etdiyi üçün "Neftçi"yə kömək etməliyik. İnşallah, əziyyətimizi yerdə qoymazlar. Amma oyunumuz olsaydı, daha yaxşı olardı. PFL-in bu qərarına hörmətlə yanaşırıq. Sadəcə, belə qərarlar veriləndə digər klublara da müraciət etməlidirlər. Çünki bizim də planlarımız alt-üst oldu. Həftəlik planı dəyişməli olduq. Qərar oyuna 2-3 gün qalmış yox, 4-5 gün qalmış bilinsə, daha yaxşı olardı".
AZAL-ın baş məşqçisinin fikrincə, "Neftçi" bu mövsüm ilk turda "Araz Naxçıvan”a böyük hesabla uduzduğundan, növbəti oyunlarda da xal itirmək istəmir: "Keçmiş komandam Avroliqaya köklənib, Premyer Liqa oyunlarının təxirə salınmasını istəyir ki, qitə miqyaslı qarşılaşmada rahat oynasın. Ölkə çempionatında itirilmiş xalları sonradan bərpa etmək çətin olur".