"Xəzər Lənkəran"dan ayrılan Junior Nildo Bakının "İnter" klubu ilə müqavilə bağlayıb. Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin prezidenti Georgi Nikolov məlumat verib.
Bolqarıstanlı klub rəsmisi bildirib ki, braziliyalı hücumçu ilə 1 illik rəsmi sövdələşmə əldə olunub. Nikolov bu anlaşmanın baş məşqçi Kaxaber Tsxadadzenin istəyilə gerçəkləşdiyini vurğulayıb: "Nildo hələ AZAL-da çıxış etdiyi vaxtdan Tsxadadzenin diqqətində idi. Amma ötən mövsüm "Xəzər Lənkəran" daha sərfəli müqavilə şərtləri ilə "sambaçı"nı heyətinə qatdı. Bu il isə onun "ağ-yaşıllar"la müqaviləsi davam etdiyindən, anlaşa bilmirdik. Məhz öz klubu ilə anlaşmasını pozaraq, azad agent statusu aldıqdan sonra Nildo ilə rəsmi müqavilə bağladıq".
Klub prezidenti "İnter"in bununla da uzun müddət axtarışda olduğu hücumçu transferini həyata keçirdiyini vurğulayıb.
Qeyd edək ki, Junior Nildonun Azərbaycan karyerası 2 il öncə AZAL-da başlayıb. Məhz "təyyarəçilər"in heyətində parlayan "sambaçı" ötən mövsüm transfer olunduğu "Xəzər Lənkəran"da 39 oyuna 10 qol vurub. Lakin Nildo bu yay baş məşqçi Oğuz Çətinin istəyilə komandadan göndərilib.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |