"Sumqayıt" klubunun prezidenti Kamran Quliyev "Kapital Bank"la bağladıqları müqavilənin maliyyə tərəfini açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Quliyev bankla 1 il müddətinə 250 min manatlıq anlaşma əldə etdiklərini bildirib.
O deyib ki, anlaşmaya əsasən, yeni tərəfdaşın loqoları klubun əsas və əvəzedici komandalarının formalarında yerləşdiriləcək. Eyni zamanda Sumqayıtın bütün məktəblərində "Sağlam həyat tərzi və futbol" dərsləri keçiriləcək. Nəticədə 1500 nəfərə bu barədə məlumat veriləcək. Eyni zamanda Yay Futbol Məktəbinə uşaqların seçimi ilə klub həm futbol fanatları qazanacaq, həm də "Kapital Bank" tanınacaq.
Bankın İdarə Heyəti sədrinin I müavini Fərid Məmmədov bildirib ki, müqavilənin imzalanma təşəbbüsü "Sumqayıt"dan gəlib. Bu klubun seçimi isə böyük şəhərin yeganə komandası olması ilə əlaqədardır. Məmmədov kluba ayıracaqları vəsaitin fəaliyyətlərindən asılı olacağını da əlavə edib. O, yeni mövsüm üçün maraqlı təkliflərinin də olduğunu vurğulayıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |