
"Xəzər
Lənkəran” klubunun 5 əməkdaşı işindən kənarlaşdırılıb. Sportnet.az-ın
məlumatına görə, bu barədə Topaz Premyer Liqasının IV turunda "İnter"lə oyundan sonra (1:0) klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu açıqlama verib.
Cəbrayıloğlu bildirib ki, bunlar komandanın rәisi Sәmәd Mustafayev, onun kömәkçisi Qulam Quliyev, seleksiyaçı-məşqçi Mario Souza, hücumçu Etame Mbilladır və klubun 19 yaşadək futbolçulardan ibarət komandasının məşçisi Emin Quliyevdir. Qərar klub rəhbərliyi tərəfindən komandanın uğursuz çıxışı ilə əlaqədar qəbul olunub.
Qeyd edək ki, komandada ab-havanın pozulmaması üçün ictimaiyyətə rəsmi açıqlama "İnter"lə oyundan sonraya saxlanılıb. İşindən kənarlaşdırlanların yerinə yeni təyinatlarla bağlı açıqlama yaxın günlərdə veriləcək.