"Oyunun ağır keçəcəyini bilirdik. 3 gün öncə Avropa Liqasında "Partizan”la qarşılaşdıq və məğlub olduq". Sportnet.az-ın məlumatına görə, bunu Topaz Premyer Liqasının IV turunda "Simurq" üzərində 2:1 hesablı qələbədən sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev komandasının qolları vaxtında vurduqlarını bildirib: "Bu tura qədər "Simurq”dan başqa bütün komandalar məğlub olmuşdu. "Simurq”un oyunöncəsi köklənməsi yaxşı idi. Komandamız vaxtında qolları vurdu, sağ olsunlar. Belə bir vaxtda 3 xal qazandığımız üçün şükürlər olsun".
Baş məşqçi "Partizan"la matçdakı avtoqollara da toxunub: "Bu gündən istəyirəm hər bir futbolçumuzun yanına bir futbolçu da qoyum ki, öz qapımıza qol vurmasınlar. Cinahdan gələn ötürmələr üzərində çox çalışırıq. Müdafiəçilər topa ayaq atanda çox diqqətli olmalıdırlar. Futbolda avtoqollar da olur".
Sonda Hacıyev komandadakı son yeniliklərə toxunub: "Bruno Bertuççi müalicə olunmaq üçün düşərgədən gedib. Məqsəd İsayev bu gün onun yoxluğunu unutdurdu. O, gəncdir, futbolçu kimi hələ yetişir, gələcəkdə ən yaxşılardan biri olacaq. Komandanın bütün hazırlığını özüm edirəm, buna görə də yoruluram. Bu səbəbdən, fiziki hazırlıq üzrə məşqçini komandaya cəlb etmişik. Savadlı mütəxəssisdir, yaxşı işləyir. Mirkamil Həşimli bundan sonra əsas komandada oynayacaq. Cavid İmamverdiyev klubdan ayrılıb. Artıq insayd mövqeyinde Mirkamilə şans verəcəyəm”.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |