Bununla da "təyyarəçilər"in 20 matçlıq qələbəsizliyi sona çatıb. AZAL sonuncu dəfə 2013-cü il dekabrın 20-də qalib gəlmişdi. 253 gündən sonra sevinən komanda Topaz Premyer Liqasının 2013/2014 mövsümünün XVIII turunda "Neftçi”ni 2:1 hesabı ilə məğlub etmişdi. Bundan sonrakı 20 oyunda isə 8 heç-heçə edən bakılılar 12 dəfə uduzmuşdu. 10 illik tarixinin ən uzun qələbəsiz seriyasını qıran AZAL bunadək ən pis halda ardıcıl 10 matçda qalib gəlməmişdi. "Qəbələ” üzərində qələbə həm də Tərlan Əhmədovun AZAL-ın baş məşqçisi kimi ilk qələbəsi olub.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |