 

O deyib ki, ya 2015-ci il Avropa çempionatının seçmə mərhələsinin, ya da ilin sonunda vəzifəsindən ayrılacaq. Lippert sentyabrın 3-də İsrail, sentyabrın 8-də isə Portuqaliya ilə qarşılaşmaların yığmamızın sükanı arxasında son oyunları olacağını bildirib. Təcrübəli mütəxəssis idman direktoru kimi işini davam etdirəcəyini açıqlayıb. Lippert qərarını gənclərə yol açmaq istəyi ilə əlaqələndirib.









 
                 





 
     
     
     
     
     
     
     
     
     
    






















































