San-Fransisko şəhərində gündə iki dəfə məşq etdiklərini bildirən Abışov ABŞ millisi ilə yoldaşlıq görüşünün komandamız üçün əhəmiyyətindən danışıb: "Bu oyun bizim üçün böyük bir təcrübə olacaq. Baş məşqçimiz Berti Foqts bəzi yeni oyunçulara şans vermək imkanı əldə edəcək. Bizim üçün nəticə önəmlı olmasa da, oyun baxımından nəyə qadir olduğumuzu görmək istəyirik. Komanda olaraq qarşılaşmaya yaxşı hazırlaşırıq. Güclü rəqiblərlə görüş həm təcrübə, həm də səhvlərimizi görmək baxımından çox əhəmiyyətlidir. Təbii ki, belə matçların çox olması biz futbolçuların və ümumi olaraq milli komandanın xeyrinə olacaq".
27 yaşlı müdafiəçi onu da bildirib ki, mayın 20-dən başlanan toplanışın ilk iki günündə komandamızda yorğunluq hiss olunub. Futbolçularımız yuxu və qidalanma ilə bağlı müəyyən problemlərlə qarşılaşıblar. Amma Abışov artıq tam uyğunlaşdıqlarını və hər şeyin yaxşı olduğunu açıqlayıb.