
Bolqarıstan millisinin futbolçusu İvelin Popov komandasının səhər məşqində zədələnərək, meydanı yarımçıq tərk edib. Sportnetaz-ın Bolqarıstan Futbol İttifaqının (BFİ) rəsmi saytına istinadən məlumatına görə, yığmanın əsas oyunçularından sayılan Popov komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb.
Çox güman ki, təcrübəli futbolçu Azərbaycan millisi ilə 2016-cı il Avropa çempionatının seçmə matçında forma geyinməyəcək.
Qeyd edək ki, Bolqarıstanla oyun sentyabrın 9-da saat 21:00-da "Bakcell Arena”da baş tutacaq.