
Futbol üzrə İsveç milli komandasının kapitanı Zlatan İbrahimoviç Estoniya yığması ilə son yoxlama oyunundakı "dubl"u sayəsində Avropa ölkələri yığmalarının tərkibində 50 qol hədinə çatan 16-ci futbolçu olub. Sportnet.az yığmalarda 50 və daha artıq qol vuran futbolçuları təqdim edir...
1. Ferents Puşkaş (Macarıstan və İspaniya) - 89 oyun, 84 qol
2. Şandor Koşiç (Macarıstan) - 68 oyun, 75 qol
3. Miroslav Klose (Almaniya) - 137 oyun, 71 qol
4. Herd Müller (Almaniya) - 62 oyun, 68 qol
5. Robbi Kin (İrlandiya) - 134 oyun, 62 qol
6. İmre Şlosser (Macarıstan) - 68 oyun, 59 qol
7. David Vilya (İspaniya) - 97 oyun, 59 qol
8. Yan Koller (Çexiya) - 91 oyun, 55 qol
9. Yoahim Ştrayx (Almaniya) - 102 oyun, 55 qol
10. Pol Nilsen (Danimarka) - 38 oyun, 52 qol
11. Yon Dal Tomasson (Danimarka) - 112 oyun, 52 qol
12. Hakan Şükür (Türkiyə) - 112 oyun, 51 qol
13. Tyeri Anri (Fransa) - 123 oyun, 51 qol
14. Tixi Layoş (Macarıstan) - 72 oyun, 51 qol
15. Zlatan İbrahimoviç (İsveç) - 99 oyun, 50 qol
16. Kriştianu Ronaldo (Portuqaliya) - 114 oyun, 50 qol
Qeyd edək ki, dünya milliləri arasında bu rekord İran yığma komandasının əslən azərbaycanlı sabiq futbolçusu Əli Dayeyə (109 qol) məxsusdur.