Zədəsini müalicə etdirmək üçün vətəni Braziliyaya yollanan Bruno Bertuççi "Neftçi"nin düşərgəsinə sentyabrın 7-də qayıdacaq. Bu haqda Sportnet.az-a klubun baş məşqçisi Arif Əsədov məlumat verib.
Onun sözlərinə görə, hazırda flaqmanın heyətində Bertuççidən əlavə, Ernest Nfor da zədəlidir. Hər iki oyunçunun "Xəzər Lənkəran"la gələn həftəsonu baş tutacaq Topaz Premyer Liqasının V tur matçında meydana çıxması böyük sual altındadır. Əsədov bildirib ki, Bertuççinin Braziliya A seriyası klublarından birinə satılma ehtimalından xəbərsizdir.
Hazırda 12 futbolçu ilə məşq edən "ağ-qaralar" əsas və 21 yaşadək futbolçulardan ibarət milli komandalarımızın heyətindəki oyunçuların qayıdışını gözləyir. Baş məşqçi yığmalarımızdakı oyunçuların kluba dönüşündən sonra onların hazırlıq səviyyəsini artırmağa çalışacaqlarını bildirib.
Qeyd edək ki, "Neftçi" ilə "Xəzər Lənkəran" arasındakı oyun sentyabrın 13-də keçiriləcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |