O, "Sentyabrın 13-də "Xəzər Lənkəran"la keçirəcəyiniz ev oyununda qonaq komanda tərəfdarlarının iştirakına icazə verərdinizmi?" sualını belə cavablandırıb: "Bu, bir müddət əvvəl AFFA tərəfindən verilən bir qərardır. Biz də bu qərara müsbət yanaşırıq. "Neftçi" azarkeşləri də son oyunlarda Lənkəranda iştirak etməmişdilər".
Qeyd edək ki, ötən mövsümün ilk dövrəsində keçirilmiş "Xəzər Lənkəran" - "Neftçi" matçında iki komanda fanatları arasında dava düşüb. Nəticədə bir neçə azarkeş həbs olunub. AFFA İntizam Komitəsi isə iki klubun qarşılaşmalarına qonaq tərəfdarların buraxılmasını qadağan edib.
Cəfər BƏY