O, məşqlərdən razılığını bildirib: "Komanda ilə söhbət aparmışam. Sərt məşqlərə üstünlük vermişik. Oyunçular qələbə qazanmaq istəyirlərsə, 100 faiz əllərindən gələni göstərməlidirlər. Beynəlxalq səviyyədə müqayisə etdikdə, bizdə gənc futbolçular çoxdur".
Foqts Bolqarıstan millisinə qarşı matçda səhvsiz oyun göstərmələrinin vacibliyini də vurğulayıb: "Səhvlərə yol vermək olmaz. Səhvsiz oyun göstərməliyik. Oyunçularım meydanda öz sözlərini deməlidirlər. Biz hər oyuna qələbə üçün çıxırıq".
Baş məşqçi Özbəkistan və Rusiya ilə əvvəlki qarşılaşmalarda müxtəlif oyunçuların sınaqdan keçirilməsinin düzgün olub-olmadığı qərara və azərbaycanlı mütəxəssislərin millimizin çıxışları ilə bağlı tənqidlərinə cavab vermək istəməyib. O, Bolqarıstanla görüşdə yeni oyunçuları sınaqdan keçirməyəcəyini də əlavə edib: "Rəsmi matçda belə bir sınağın aparılması düzgün deyil".
Baş məşqçi əvvəlki mərhələlərlə müqayisədə millimizdə inkişafın olduğunu iddia edib. O, artıq Bolqarıstanla oyun üçün start heyəti 90 faiz müəyyənləşdirdiyini açıqlayıb. Foqts ilk "11-lik"lə bağlı 3 sual işarəsinin olduğunu vurğulayıb: "Start heyəti sabah bilinəcək".