25 yaşlı hücumçu millidə oynamağa hər zaman özünü hazır saydığını vurğulayıb. O, rəqibin futbolçularının yığmamızın ünvanına aşağılayıcı ifadələr işlətmələrinə də münasibət bildirib: "Rəqibə belə yanaşmaq düzgün deyil. Əvvəlki matçlarda türklərə, ruslara nəyə qadir olduğumuzu sübut etmişik. Rusiya ilə son yoldaşlıq görüşündən sonra komandamızda ab-hava yaxşıdır. Bolqarların nə dediklərinə fikir vermirik. Sabahkı oyuna köklənmişik".
Sonda o, azarkeşlərə müraciət edib: "Sabahkı oyunda stadionun dolu olmasını istərdik. Stadionun dolu olması bizi ruhlandırır. Birgə olsaq, yaxşı nəticə qazana bilərik".
Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq.
Cəfər BƏY