Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə qrup mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Sportnet.az-ın məlumatına görə, rəqib Bolqarıstan yığması olacaq.
Bu qarşılaşmayadək komandalar heç bir rəsmi oyunda üz-üzə gəlməyiblər. Bolqarıstan millisi Bakı səfəri öncəsi itki ilə üzləşib. Komandanın kapitanı İvelin Popov zədə səbəbindən Azərbaycanla oyunda iştirak edə bilməyəcək. Onun əvəzinə Nikolay Bodurov kapitan sarğısını daşıyacaq.
Azərbaycan milli komandası isə oyuna itkisiz çıxmağa hazırlaşır. Baş məşqçi Berti Foqts Bolqarıstanla matçdan əvvəl yetirmələrini 2 yoldaşlıq oyununda sınayıb. Doğma meydanda Özbəkistan yığması ilə qolsuz bərabərliyə razılaşan komandamız Moskvada Rusiyaya 0:4 hesabı ilə uduzub.
21:00. AZƏRBAYCAN - Bolqarıstan - 1:2
QOL: Dmitri Nazarov, 54 - İlian Mitsanski, 14. Ventsislav Xristov, 87
Start heyətlər:
1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Mahir Şükürov, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (kap.), 15. Ruslan Abışov, 20. Ufuk Budak, 13. Dmitri Nazarov, 7. Vaqif Cavadov, 10. Rüfət Dadaşov, 11. Rauf Əliyev
8-ci km stadionu12. Vladislav Stoyanov, 4. Apostol Popov, 5. Nikolay Bodurov (kap.), 11. Stanislav Manolev, 14. Veselin Minev, 17. Georgi Milanov, 18. Vladimir Gacev, 21. Svetoslav Dyakov, 22. Georgi İliyev, 7. Mixail Aleksandrov, 19. İlian Mitsanski
Baş hakim: Alon Yefet
Baş hakimin köməkçiləri: Danni Krasikov, David Elias Bitton
Dördüncü hakim: Nissan Davidi
Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Raynşrayber
(Hakimlər briqadası İsraildəndir)
Hakim-inspektor: Xrister Fallström (İsveç)
UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya)
Oyun başladı.
4` İlk künc zərbəsini Bolqarıstan yığması yerinə yetirdi.
6` Millimiz də künc zərbəsi yerinə yetirdi. Amma nəticəsiz...
8` Millimiz qol vurmaq üçün əla imkanı boşa verdi. Rauf Əliyevin cinah ötürməsindən sonra Budak qapıçı ilə təkbətək qalsa da, dəqiq zərbə endirə bilmədi.
13` Mahir Şükürovun cərimə zərbəsindən sonra Rauf Əliyev topu yaxın məsafədən qapının üstündən vurdu.
14` QOL! Ani diqqətsizlikdən sonra Milçanski Kamran Ağayevlə təkbətək çıxaraq, hesabı açdı
23` Abışov Milanova qarşı kobudluq səbəbindən sarı vərəqə alır.
35` Vaqif Cavadov da uğursuz hücumdan sonra rəqibə qarşı kobud oyun səbəbindən sarı vərəqə alır.
39` Rauf Əliyev zədələnərək, həkim müdaxiləsinə ehtiyac duyur. Xoşbəxtlikdən zədə ciddi deyil və o, oyuna davam edir.
40` Araz Abdullayev və Cihan Özkara Foqtsun göstərişindən sonra isinmə hərəkətlərinə başlayırlar.
İlk yarıya 2 dəqiqə artırılır.
Birinci hissə başa çatdı.
İkinci hissə başladı.
46` Araz Abdullayev Vaqif Cavadovun əvəzinə meydana daxil olur.
54` QOOOOOOOOOOOOOOOOOOL!!!!!!!!!!!!!!!! Dmitri Nazarov uzaqdan zərbə ilə hesabı bərabərləşdirdi.
58` Mitsanskinin əvəzinə Andrey Qalabinov meydana daxil oldu.
59` Kamran Ağayev millimizi real qoldan xilas etdi. O, Qalabinovun yaxın məsafədən zərbəsini dəf etdi.
62` Qadjev kobud oyuna görə sarı vərəqə aldı.
68` Kamran Ağayev topu irəli daxil edərkən səhvə yol verir. İliyev topu ələ keçirərək, təhlükəli zərbə endirir.
72` Qacevin uzaqdan zərbəsi təhlükəli alındı. Top azacıq qapıdan aralı keçdi.
73` Millimizdə növbəti əvəzləmə. Tərlan Quliyev Ruslan Abışovun əvəzinə meydana girir.
73` Bolqarıstan millisi də eyni anda əvəzləmə edir. Todor Nedelev Georgi İliyevin əvəzinə meydana girir.
79` Qacev Nazarovun ayağını tapdalayaraq, zədə yetirir. Futbolçumuz oyuna davam edə bilir.
87` QOL, Künc zərbəsindən sonra Xristov yaxın məsafədən başla qapıdan keçirir.
89` Araz Abdullayev hakimlə mübahisə etdiyi üçün sarı vərəqə alır.
90` Vüqar Nadirov Budakın əvəzinə meydana girir.
Oyun başa çatdı.