Baş verə biləcək hər hansı insidentin qarşısını almaq və eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən baş verməməsini nəzərə alaraq qərar cari mövsümə də şamil edilib. Qonaq azarkeşlər Topaz Premyer Liqası və Azərbaycan kuboku matçlarında, bu klubların öz aralarında keçirəcəyi oyunlarda iştirak edə bilməzlər.
Qeyd edək ki, "Neftçi" və "Xəzər Lənkəran" arasında sentyabrın 13-də keçiriləcək Topaz Premyer Liqası matçı "Bakcell Arena"da yox, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Matç canlı yayımlanmayacaq.