"Neftçi"nin "Xəzər Lənkəran"la Topaz Premyer Liqasının V turunda keçirəcəyi ev oyunu canlı yayımlana bilər. Bu barədə Sportnet.az-a "Neftçi" prezidentinin müşaviri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş gedir. Əşrəfoğlu "Neftçi"nin oyunun yayımına maneçilik törətməsi barədə xəbərləri təkzib edib: "Klubumuz istər Bakıda, istərsə də Lənkəranda keçirilməsindən asılı olmayaraq, oyunumuzun yayımında maraqlıdır. Yayıma heç vaxt əngəl də törətməmişik. Hazırda matçın canlı yayımı üzərində iş gedir. Günün sonunadək bu istiqamətdə yeniliyin olacağına ümid edirik. "Neftçi" klubu olaraq, yayıma cavabdeh kimdirsə, onlara hər cür şərait yaratmağa hazırıq".
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçı sentyabrın 13-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Saat 17:30-da startı veriləcək qarşılaşmaya qonaq komanda azarkeşləri buraxılmayacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |